Kateqoriyalar
Fransa Gürcüstanda keçirilən “Uşaq Avroviziyası 2025” mahnı müsabiqəsinin qalibi olub.
Aktual.ge xəbər verir ki, ölkəni müsabiqədə Lu Deluiz təmsil edib.
Bildirilib ki, müsabiqədə 18 ölkə - Albaniya, Ermənistan, Azərbaycan, Xorvatiya, Kipr, Fransa, Gürcüstan, İrlandiya, İtaliya, Malta, Monteneqro, Niderland, Şimali Makedoniya, Polşa, Portuqaliya, San Marino, İspaniya və Ukrayna iştirak edib.
Qeyd edək ki, Gürcüstan ikinci dəfə "Junior Eurovision" mahnı müsabiqəsinə ev sahibliyi edib.