İtaliya və Belçika Avropa Komissiyasına təzyiq göstərərək Ukraynaya maliyyələşdirmənin alternativ yollarını təqdim etməsini tələb edirlər.
Aktual.ge xəbər verir ki, bu barədə Politico qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, İtaliya aktiv şəkildə Belçikanı dəstəkləyir və Rusiyanın dondurulmuş aktivlərindən 210 milyard avronun Ukraynaya verilməsini nəzərdə tutan Avropa İttifaqının planına qarşı çıxır.
Məlumatlara görə, Belçika qorxur ki, əgər Rusiya vəsaiti geri alsa, bütün məbləği ödəmək məcburiyyətində qalacaq. Bu səbəbdən İtaliya Belçika, Malta və Bolqarıstanla birlikdə Komissiyanı alternativ variantları nəzərdən keçirməyə çağıran sənəd hazırlayıb ki, Ukrayna gələcək illərdə maliyyə baxımından təhlükəsiz qalsın.
Dörd ölkə Komissiya və Şuraya çağırış edib ki, Avropa İttifaqı və beynəlxalq hüquq çərçivəsində alternativ variantların axtarışını və müzakirəsini davam etdirsinlər, proqnozlaşdırıla bilən parametrlərlə, hansı ki, daha az risk daşıyır. Həmçinin, onlar “Plan B”-ni də qeyd ediblər, bu plan Ukraynanın gələcək illərdə maliyyələşdirilməsi üçün Aİ səviyyəsində birgə borcun çıxarılmasını nəzərdə tutur.