Hacı Anar Nurməmmədovun təşəbbüsü ilə həbsxanalarda dini maarifləndirmə
21.12.2025 21:29
803
Din
A
Hacı Anar Nurməmmədovun təşəbbüsü ilə həbsxanalarda dini maarifləndirmə

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) cəzaçəkmə müəssisələri üzrə nümayəndəsi Hacı Anar Nurməmmədovun idarə rəhbərliyinə ünvanladığı müraciət əsasında idarənin heyəti son üç gün ərzində Qldani, Ksani və Rustavi penitensiar müəssisələrinə ziyarətlər həyata keçiriblər.

Aktual.ge xəbər verir ki, bu barədə idarədən məlumat verilib. 

Məlumata əsasən, ziyarətlər çərçivəsində məhkumların dini-mənəvi durumu ilə maraqlanılıb, onların dini sualları cavablandırılıb və mənəvi dəstək göstərilib. İbadətlərin daha rahat şəkildə icrası üçün zəruri ibadət əşyaları təqdim edilib, həmçinin dini ədəbiyyat çatdırılıb. İdarənin cəzaçəkmə müəssisələri üzrə nümayəndəsi Hacı Anar Nurməmmədov bildirib ki, BGMİ bu istiqamətdə fəaliyyətini davam etdirəcək, məhkumların dini maarifləndirilməsi və mənəvi dəstəyinin gücləndirilməsi məqsədilə ardıcıl addımlar atılacaq.

BGMİ Gürcüstanın penitensiar müəssisələrində yaradılmış şəraiti yüksək qiymətləndirir, vətəndaşların dini və insani hüquqlarının təmin olunmasına önəm verir və bu istiqamətdə əməkdaşlığını davam etdirir.

ŞƏRH YAZ
5