"Bu gün hamı həm sevgi, həm də azadlıq haqqında danışır, lakin günahı və günahlı həyat tərzini həqiqi sevgi ilə eyniləşdirənlər də, hər şeyə icazə verilməsini azadlıq sayanlar da bağışlanmaz bir səhvə yol verirlər".
Aktual.ge xəbər verir ki, bu sözlər Bütün Gürcüstanın Katolikos-Patriarxı, İliya II-nin əhaliyə Milad bayramı mesajında deyilir.
“Bütün görünən və görünməyənlərin, taxtların, hakimiyyətlərin, başçıların və qüdrətlərin, hamısının ondan yaradıldığı (Kol. 1:16) cismani olmuş Tanrı bəşəriyyətə yeni əmrinin əsas mahiyyətini bu sözlərlə bəyan etdi: ‘Bir-birinizi sevin; Mən sizi necə sevdimsə, siz də bir-birinizi elə sevin’ (Yəhya 13:34). Bu, başqası (yaxın) üçün fədakar sevgini nəzərdə tutur. (Əlbəttə, hər şeydən əvvəl sevgimiz Tanrıya məxsus olmalı, sonra isə Tanrının surəti olan hər bir insana yönəlməlidir).”
Çox önəmlidir ki, xilaskar bizə 'yaxın'ın yaxşı, yoxsa pis, uğurlu, yoxsa uğursuz, varlı, yoxsa kasıb, ağıllı, yoxsa ağılsız olmasını şərt qoymamışdır…
'Məni sevdiyim kimi bir-birinizi sevin!' – yerinə yetirməli olduğumuz yeganə, lakin əslində çoxməzmunlu tələb budur!
Rəbb özünü hər kəsə həsr edir və sevgisinin ucalığından irəli gələrək bizi də çağırır ki, Onun göstərdiyi insanlıq nümunəsini hamımız bölüşək və ona məxsus olaq.
İlk baxışda bu əmrə görə yaşamaq asan görünür, lakin bu dünyada şeytan tərəfindən min cür sınaq və tələ qurulub və ağlımız çox vaxt əslində kimin qulları olduğumuzu dərk etmir. Buna görə də yanılırıq, özümüzü isə haqlı sayırıq.
Məsələn, bu gün hamı həm sevgi, həm də azadlıq haqqında danışır, lakin günahı və günahlı həyat tərzinə olan sevgini həqiqi sevgi ilə eyniləşdirənlər də, hər şeyə icazə verilməsini azadlıq hesab edənlər də bağışlanmaz bir səhv edirlər”, - Patriarxın epistolasında deyilir.