Bu gün dünya pravoslavları Milad bayramını qeyd edir
07.01.2026 01:02
529
Din
A
Bu gün dünya pravoslavları Milad bayramını qeyd edir

Gürcüstanda pravoslavlar İsa Peyğəmbərin (ə) mövludu gününü - Milad bayramını təntənə ilə qeyd edirlər.

Aktual.ge xəbər verir ki, xristian aləminin ən əlamətdar və təntənəli mərasimlərindən sayılan Milad bayramı ənənəyə görə İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsinin şərəfinə qeyd olunur.

Dünya xristianları mənsub olduqları məzhəblərə görə bu bayramı müxtəlif günlərdə (25 dekabr (katoliklər) və 6-7 yanvar (pravoslavlar) keçirirlər və o hazırda pravoslavlıq olan ölklərdə rəsmi dövlət bayramı sayılır.

Bayram hazırlığı çərçivəsində evlərdə və müxtəlif ictimai məkanlarda şam ağacları bəzədilir və küçələr işıqlandırılır, evlərdə süfrələr açılıb, yanvarın 6-dan başlayaraq pravoslav məbədlərində bayram mərasimləri təşkil olunur, dualar oxunur.

Pravoslav xristianlarının Milad bayramı yanvarın 7-də “Alilo” adlı mərasimlə davam edəcək.

ŞƏRH YAZ
9