David Matikaşvili: Bir vaxtlar demokratik məqsədlərlə yaradılan beynəlxalq təşkilatlar bu gün siyasi təbliğat mexanizmlərinə çevrilib
10.01.2026 17:47
181
Siyasət
A
David Matikaşvili: Bir vaxtlar demokratik məqsədlərlə yaradılan beynəlxalq təşkilatlar bu gün siyasi təbliğat mexanizmlərinə çevrilib

"Bir zamanlar həqiqətən müsbət və demokratik məqsədlərlə yaradılan beynəlxalq təşkilatlar bu gün ayrı-ayrı siyasi isteblişmentlərin əlində siyasi təbliğat mexanizmlərinə çevrilib."

Aktual.ge xəbər verir ki, bu barədə Parlamentin Prosedur Məsələləri Komitəsinin sədri David Matikaşvili ABŞ-ın 66 beynəlxalq təşkilatdan çıxmaqla bağlı qərarını dəyərləndirərkən bildirib.

Onun sözlərinə görə, buna bariz nümunə Venesiya Komissiyasıdır. Matikaşvili qeyd edib ki, hüquqi məsələlərin təhlili ilə məşğul olmalı olan bu qurum son dövrlər siyasi təbliğat xəttinə keçib və bu, Komissiyanın Gürcüstanda qəbul edilən qanunlarla bağlı verdiyi rəylərdə açıq şəkildə özünü göstərib.

“Bunu məhz ABŞ-ın indiki administrasiyası və prezident Tramp da vurğuladı. ABŞ onlarla beynəlxalq təşkilatdan çıxaraq onları fəaliyyətsiz və vəsaitləri səmərəsiz xərcləyən qurumlar adlandırdı. Bu, həqiqətdir. Məsələn, Venesiya Komissiyası çox aydın və konkret nümunədir. Avropa Şurası çərçivəsində fəaliyyət göstərən, hüquqi məsələlərlə məşğul olmalı və onlara dair müvafiq təhlillər aparmalı olan bu təşkilat siyasi təbliğata yönəlib. Bu siyasi təbliğat xüsusilə Gürcüstanda qəbul edilən qanunlarla bağlı hazırlanmış rəylərdə aydın şəkildə görünür. Hüquqi arqumentlərə istinad etmək əvəzinə, Venesiya Komissiyası siyasi situasiyalara və siyasi proseslərə fokuslanıb. Bu bir nümunənin özü də göstərir ki, Venesiya Komissiyası və bir çox digər beynəlxalq təşkilatlar yaradıldıqları ilkin məqsədlərdən nə qədər uzaqlaşıblar”, – deyə David Matikaşvili bildirib.

ŞƏRH YAZ
8