12.01.2026 09:24
428
İqtisadiyyat
A
"Son 5 ildə Marneulidə torpaq sahələrinə tələbat nəzərəçarpacaq dərəcədə artıb"

“Son 5 ildə Marneulidə torpaq sahələrinə tələbat nəzərəçarpacaq dərəcədə artıb”.

Aktual.ge xəbər verir ki, bu barədə “BusinessPressNews”a Brokeri daşınmaz əmlakı şirkətinin təsisçisi İliya İnaşvili məlumat verib.

Onun sözlərinə görə, Marneuli ilə yanaşı, son bir neçə ildə ölkənin digər iri şəhərlərində də torpaq sahələrinə tələbatın kəskin artımı müşahidə olunur.

“Torpaq sahələrindən danışarkən mütləq iri şəhərləri, birbaşa şəhər perimetrlərini və daha sonra şəhərətrafı əraziləri ayırd etməliyik.

Tbilisi, Kutaisi, Batumi, Telavi və Rustavi kimi şəhərlərə gəldikdə isə, bu iri şəhərlərdə çoxmənzilli binalar üçün nəzərdə tutulan torpaq sahələrinə tələbat heç vaxt dayanmayıb. Son dövrdə Rustaviyə kifayət qədər ciddi maraq yaranıb. Eyni zamanda Telavi, Kutaisi və Batumiyə də tələbat artıb. Son 5 ili nəzərə alsaq, artan tələbat baxımından bu siyahıya Marneulini də əlavə edərdim. Tələbatın artması təbii ki, torpaq sahələrinin qiymətlərinin yüksəlməsinə səbəb olub" , - deyə o qeyd edib.

ŞƏRH YAZ
6