İrakli Qaribaşvilinin məhkəməsi gözlənilmədən bu günə təyin olundu
12.01.2026 13:23
668
Siyasət
A
İrakli Qaribaşvilinin məhkəməsi gözlənilmədən bu günə təyin olundu

Tbilisi Şəhər Məhkəməsində sabiq Baş nazir İrakli Qaribaşvilinin məhkəmə prosesi gözlənilmədən bu günə təyin edilib.

Aktual.ge xəbər verir ki, halbuki plana görə, keçmiş hökumət başçısının işinə 12 fevralda baxılmalı idi.

Bu gün təyin olunan iclasın başlama vaxtı hələlik məlum deyil.

Məhkəmədən yerli mediaya bildirilib ki, hakim məhkəmə prosesini Eka Barbakadze idarə edəcək.

Məlumat üçün bildirək ki, İrakli Qaribaşvili barəsində 24 oktyabr tarixində qətimkan tədbiri olaraq 1 milyon lari məbləğində girov müəyyən edilib. Bu qərarı Tbilisi Şəhər Məhkəməsinin hakimi Eka Barbakadze verib. İrakli Qaribaşvilinin pasportu müsadirə olunub və ölkə hüdudlarını tərk etməsi qadağan edilib.

Məlumdur ki, keçmiş Baş nazir ona tətbiq olunan 1 milyon lari məbləğindəki girovu əmlakla təmin edib.

Təminat Moseşvili küçəsi 10 ünvanında yerləşən, vaxtilə Bidzina İvanişvili tərəfindən ona hədiyyə edilmiş İrakli Qaribaşviliyə məxsus əmlak hesabına həyata keçirilib.

İrakli Qaribaşviliyə Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsinin üçüncü hissəsinin “g” bəndi ilə ittiham irəli sürülüb ki, bu da xüsusilə böyük məbləğdə gəlir əldə etməklə qanunsuz gəlirlərin leqallaşdırılmasını nəzərdə tutur.

Bu cinayət 9 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

ŞƏRH YAZ
0