13 yanvar tarixində Gürcüstanda fasilələrlə yağıntı gözlənilir, bəzi yerlərdə güclü, dağlıq ərazilərdə isə qar şəklində.
Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.
Məlumata əsasən, 14 yanvar tarixində ölkənin əksər ərazilərində qar yağacağı, bəzi yerlərdə güclü olacağı, qərbdən güclü külək əsəcəyi, dənizdə isə 4–5 ballıq fırtına müşahidə olunacağı gözlənilir.
“Müxtəlif dağlıq rayonlarda duman, çovğun, elektrik ötürücü xətlərdə buzlanma, yollarda sürüşkənlik və qar uçqunu təhlükəsi gözlənilir.
Güclü qar yağması, çovğun, görünüş məsafəsinin azalması, sürüşkənlik və qar uçqunu təhlükəsi səbəbindən avtomobil yollarının bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər. Gözlənilən yağıntılar Qərbi Gürcüstanın çaylarında su səviyyəsinin qalxmasına, həmçinin təpəlik və dağlıq zonalarda torpaq sürüşməsi və sel proseslərinin yaranmasına və aktivləşməsinə səbəb ola bilər" , - agentlik tərəfindən edilən xəbərdarlıqda hava şəraitinin təhlükə səviyyəsinin orta olaraq dəyərləndirilib.