Polşa polisinin xüsusi əməliyyatı – Gürcüstanın 4 vətəndaşı saxlanılıb.
Aktual.ge xəbər verir ki, bu barədə Polşa KİV məlumat yayıb.
Məlumata görə, Varşava polisi əməkdaşları antiterror xidməti ilə əməkdaşlıq çərçivəsində Gürcüstan vətəndaşlarına Velyun (Wieluń) yaşayış məntəqəsində qandal vurublar. Əməliyyatda sərhəd mühafizə xidməti əməkdaşları da iştirak ediblər.
Yayılan məlumata əsasən, bu, Litvanın məhkəmə sistemi tərəfindən təşəbbüs göstərilmiş genişmiqyaslı əməliyyat olub və həmin qurum öz ölkəsində axtarışda olan Gürcüstan vətəndaşlarından biri barəsində həbs qərarı verib.
Sərhəd mühafizə əməkdaşları onların Polşada qalmasının qanuniliyini yoxlayırlar. Məlumata görə, yaxın vaxtlarda onların Polşadan deportasiyası ilə bağlı qərar qəbul ediləcək.
