12.02.2026 11:02
392
Kriminal
A
"İnterpol"un axtarışında olan Türkiyə vətəndaşı Marneulidə saxlanılıb - VİDEO

Marneulidə "İnterpol"un qırmızı bülleteni ilə axtarışda Türkiyə vətəndaşı saxlanılıb.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Bildirilib ki, hazırda qanunla nəzərdə tutulmuş ekstradisiya prosedurları davam etdirilir.

"Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları 'İnterpol'un qırmızı bülleteni ilə axtarışda olan, 1968-ci il təvəllüdlü Türkiyə Respublikası vətəndaşı E.K.-nı saxlayıblar.

Saxlanılan şəxs Türkiyə Respublikasının hüquq-mühafizə orqanlarının tələbi əsasında, Türkiyədə törədilmiş oğurluq cinayətlərinə görə axtarışda olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılmış istintaq tədbirləri nəticəsində o, Marneulidə saxlanılıb.

Saxlanılan şəxs barəsində qanunla nəzərdə tutulmuş ekstradisiya prosedurları davam edir”, - məlumatda deyilir.

ŞƏRH YAZ
0