12.02.2026 11:14
239
Siyasət
A
"Gürcü Arzusu": "Hökumət "Dərin Dövlət"in bütün hiylələrini əvvəlcədən hesablayıb"

"Gürcü Arzusu" hökuməti uğurlu manevrı ilə 'Deep State'in (Dərin Dövlət) hər cür hiyləsini əvvəlcədən hesabladı, preventiv addımlar atdı və onların arsenalında yalnız elə gedişlər saxladı ki, onlar ya nəticəsizdir, ya da öz maraqlarının əleyhinə işləyəcək".

Aktual.ge xəbər verir ki, bunları Parlament çoxluğunun lideri İrakli Kirtsxalia Gürcüstanın diplomatik pasport sahibləri üçün vizasız rejimin dayandırılmasına bu cür reaksiya verib.

O, özünün "Facebook" səhifəsində yazıb ki, "Gürcü Arzusu" üzvləri dəfələrlə "diplomatik pasportlara məhdudiyyət qoyulmasının onlar üçün maneə olmadığını və bunun kobud formada özünü göstərmək cəhdinə bənzədiyini bildiriblər. Çünki diplomatik pasport sahiblərinin eyni zamanda adi pasportları da var ki, onlarla Avropada vizasız hərəkət edə bilərlər".

"İki illik təhdidlərdən, Avropa İttifaqı tərəfindən qərar qəbul etmə mexanizmində dəyişikliklərdən və yüksək tonlu bəyanatlardan sonra o gün gəldi ki, 'avrobürokratlar', reallıqda isə onların arxasında duran 'Deep State', 'fəal addımlar' atmağa qərar verdilər və Avropa İttifaqı Gürcüstan diplomatik pasport sahibləri üçün vizasız rejimin dayandırılmasını dəstəklədi.

Maraqlıdır ki, keçən ilin 27 yanvarında Avropa İttifaqı fərqli hüquqi bazaya söykənən təxminən eyni məzmunlu qərarı artıq qəbul etmişdi. O zaman üzv dövlətlərə diplomatik və xidməti pasport sahibləri üçün fərdi şəkildə məhdudiyyətlər tətbiq etmək hüququ verilmişdi və bunu 13 dövlət etmişdi. Bu gün qəbul edilən qərar isə bütün Aİ üzvü olan ölkələr üçün məcburidir, müvafiq olaraq vahid və eyni qaydada tətbiq olunacaq" , - deyə o, qeyd edib..

İrakli Kirtsxalia qeyd edib ki, əgər tərəzidə ölkənin maraqları və viza növbəsində dayanmaq durursa, sonuncunun heç bir problem yaratmadığını bildiriblər:

"Bu cür qərar simvolik xarakter daşıyır və kobud formada özünü göstərmək cəhdinə bənzəyir. Absurdluğun daha bir əlaməti odur ki, məsələn, Baltikyanı ölkələr tərəfindən diplomatik pasport sahibləri üçün vizasız gediş-gəlişin dayandırılması Gürcüstan hökumətinə təsir etmədisə, 'Deep State' nümayəndələri niyə düşünürlər ki, bunu ikinci dəfə etmək və ya Danimarkada eyni mexanizmi işə salmaq həlledici olacaq?" , - İrakli Kirtsxalia söyləyib.

Onun sözlərinə görə, Avropa hazırda ağır dəyərlər böhranı içindədir, nəzarətsiz miqrasiya və qəbul etdirilən absurd ideologiya ilə mübarizə apara bilmir.

"Məhz zəifləmiş Avropa və sözsüz itaət edən bürokratların əli ilə 'Deep State' 'Gürcü Arzusu' hökumətinə təzyiq göstərmək istəyir. Lakin ağıllı siyasət və düzgün manevr şəraitində bizim komandaya qarşı açar tapa bilmədilər. Nəticədə isə əllərində diplomatik pasportlara viza qoymaq kimi gülünc gedişlər qaldı" , - deyə o, vurğulayıb.

İrakli Kirtsxalia xatırladıb ki, diplomat statusu olan şəxslər bütün dünyada sadələşdirilmiş və vizasız qaydada hərəkət edirlər, buna görə də bu qərar beynəlxalq münasibətlər qaydalarına birbaşa ziddir.

Məlumat üçün bildirək, "Azadlıq Radiosu"nun Avropa ofisinin redaktoru Rikard Jozviak "X" sosial platformasında yazıb ki, Aİ üzvü olan dövlətlər Gürcüstan diplomatik pasport sahibləri üçün vizasız rejimin dayandırılmasını dəstəkləyiblər. Onun məlumatına görə, qərara qarşı yalnız Macarıstan və Slovakiya çıxıb. Qərar mart ayının əvvəlində qüvvəyə minəcək.

ŞƏRH YAZ
7