Müxalif "Dəyişikliklər üçün Koalisiyası"nın liderlərindən biri olan Nika Qvaramiya bu gün səhər saatlarında həbsdən azad edilib.
Aktual.ge xəbər verir ki, müxalif lider 8 aylıq həbs müddətindən sonra Rustavi N12 cəzaçəkmə müəssisəsini bu gün, 12 fevral tarixində tərk edib.
Xatırladaq ki, Nika Qvaramiya Parlamentin müvəqqəti istintaq komissiyasına gəlmədiyi üçün 2025-ci il iyulun 1-də 8 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Ona qarşı Cinayət Məcəlləsinin 349-cu maddəsi ilə ("Gürcüstan Parlamentinin müvəqqəti istintaq komissiyasının tələbinin yerinə yetirilməməsi") ittiham irəli sürülmüşdü.
O, barəsində qətimkan tədbiri olaraq 30 000 lari məbləğində girov təyin edilmişdi, lakin o, bu məbləği qanunla müəyyən edilmiş müddətdə ödəməmişdi. Müddət başa çatdıqdan sonra girov həbs qətimkan tədbiri ilə əvəz olunmuşdu. O, məhkəmə prosesində iştirak etməmiş və Rustavi həbsxanasına özü getmişdi.