Azyaşlı qızlarına qarşı sistemli şəkildə əxlaqsız hərəkətlər edən şəxs saxlanılıb
13.02.2026 11:18
288
Siyasət
A
Azyaşlı qızlarına qarşı sistemli şəkildə əxlaqsız hərəkətlər edən şəxs saxlanılıb

Azyaşlı qızlarına qarşı sistemli şəkildə əxlaqsız hərəkətlər edən şəxs saxlanılıb.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi yayıb.

1980-ci il təvəllüdlü İordaniya vətəndaşı S.A. Gürcüstanın Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları tərəfindən ailə zorakılığı və ailə üzvünə qarşı əxlaqsız hərəkətlər törətmək ittihamı ilə saxlanılıb.

İstintaq çərçivəsində aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs əvvəlcədən bilərək və sistemli şəkildə öz azyaşlı qızlarına qarşı əxlaqsız hərəkətlər edib. Bundan əlavə, onun övladlarına fiziki zorakılıq göstərdiyi də müəyyən olunub. Azyaşlılar baş verənləri başqa şəxslərə danışacaqları təqdirdə, təqsirləndirilən şəxs hər üç övladını öldürməklə hədələyib.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 126 prim maddəsinin ikinci hissəsi və 11 prim 141-ci maddəsinin ikinci hissəsi ilə aparılır. Sözügedən maddələr 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

ŞƏRH YAZ
1