Az əvvəl açıqlandı: Gürcüstanda əcnəbilərin əmək fəaliyyətinə bu tarixdən məhdudiyyət qoyulacaq
13.02.2026 11:29
834
Siyasət
A
Az əvvəl açıqlandı: Gürcüstanda əcnəbilərin əmək fəaliyyətinə bu tarixdən məhdudiyyət qoyulacaq

Gürcüstanda əcnəbilərin əmək fəaliyyəti 1 mart tarixindən etibarən qanunla əhəmiyyətli dərəcədə məhdudlaşdırılacaq. Bu isə həm ölkə iqtisadiyyatını, həm də vətəndaşlarımızın maraqlarını lazımi şəkildə qorumağa imkan verəcək.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze əhaliyə ünvanladığı videomüraciətində bildirib.

Baş nazir qeyd edib ki, hökumət bu qanunun effektiv icrasına görə tam məsuliyyət daşıyır.

“2017-ci ildə məhz bizim hakimiyyət Gürcüstan Konstitusiyasına dəyişiklik edərək kənd təsərrüfatı təyinatlı torpaqların əcnəbilərə satılmasını qadağan etdi. Gürcüstanın milli və dini kimliyinin qorunması və saxlanılması əsas milli vəzifələrimizdən biridir və bu istiqamətdə Gürcüstan hökuməti hər şeyi edəcək”, - deyə İrakli Kobaxidze vurğulayıb.

Bununla yanaşı, Baş nazirin sözlərinə görə, Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti son bir il ərzində əvvəlki 10 ilin ümumi göstəricisindən daha çox qeyri-qanuni miqrantı ölkədən çıxarıb.

Onun sözlərinə əsasən, hökumət DİN-in Miqrasiya Departamentini daha da gücləndirir və 1 martdan etibarən Gürcüstanda əcnəbilərin əmək fəaliyyəti əhəmiyyətli dərəcədə məhdudlaşdırılacaq.

“İlk növbədə, Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentini gücləndiririk. Bu departament son bir il ərzində əvvəlki 10 ilin cəmi ilə müqayisədə daha çox qeyri-qanuni miqrantı ölkədən çıxarıb. Departamentin gücləndirilməsi bizə imkan verəcək ki, bir neçə il ərzində ölkəni tamamilə qeyri-qanuni miqrantlardan azad edək. Hazırda onların sayı 20 mindən çoxdur.

Eyni zamanda, ictimaiyyətə məlum olduğu kimi, Gürcüstanda əcnəbilərin əmək fəaliyyəti 1 martdan qanunla əhəmiyyətli dərəcədə məhdudlaşdırılır. Bu isə həm ölkə iqtisadiyyatını, həm də vətəndaşlarımızın maraqlarını lazımi qaydada qorumağa imkan verəcək. Hökumət bu qanunun effektiv icrasına görə tam məsuliyyət daşıyır.

2017-ci ildə məhz bizim hakimiyyət Gürcüstan Konstitusiyasına dəyişiklik edərək kənd təsərrüfatı təyinatlı torpaqların əcnəbilərə verilməsini qadağan etdi. Gürcüstanın milli və dini kimliyinin qorunması və saxlanılması əsas milli vəzifələrimizdən biridir və bu istiqamətdə Gürcüstan hökuməti hər şeyi edəcək”, - deyə hökumət başçısı qeyd edib.

Baş altına xət çəkərək qeyd edib ki, “Gürcüstan tamamilə qeyri-qanuni miqrantlardan azad olunacaq”,

ŞƏRH YAZ
6