2026–2027-ci tədris ilində İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin mövcud proqramları üzrə ümumilikdə 6 min 650 tələbə qəbulu müəyyən edilib.
Aktual.ge xəbər verir ki, Gürcüstan Texniki Universitetinin proqramları üzrə növbəti tədris ilində 3 min 880 qəbul yeri nəzərdə tutulub, İlia Dövlət Universiteti isə mövcud proqramlar üzrə ümumilikdə 300 tələbə qəbul edə biləcək.
Dövlət universitetlərində proqramlar üzrə qəbul olunacaq tələbələrin sayı və ali təhsil müəssisələri üzrə bölgü kvotaları haqqında müvafiq sənəd dünən Baş nazir tərəfindən imzalanıb.
Qərara əsasən, ölkə üzrə bakalavriat və birpilləli təhsil proqramlarına qəbul ediləcək tələbələrin ümumi sayı 21 min 300 olaraq müəyyən edilib.
Magistratura təhsil proqramlarına gəlincə, sənədə əsasən, qəbul yerlərinin sayı 3 min 233 olacaq. Bunun 1013-ü TDU üçün, 660-ı GTU proqramları üçün, 60-ı isə İlia Universiteti üçün nəzərdə tutulub.