İspaniya İsraildəki səfirini geri çağırıb
11.03.2026 23:56
257
Dünya
A
İspaniya İsraildəki səfirini geri çağırıb

İspaniya hökuməti İsraildəki səfiri Anu Salamonu geri çağırıb.

Aktual.ge xəbər verir ki, bu barədə "El Pais" xəbər verir.

Bildirilib ki, qərar Nazirlər Şurasının son iclasında qəbul edilib.

İspaniya Xarici İşlər Nazirliyindəki mənbə isə ölkənin İsraildəki nümayəndəliyinin müvəqqəti işlər vəkili səviyyəsinə endirildiyini bildirib.

İspaniya Baş naziri Pedro Sançezin rəhbərlik etdiyi solçu hökumət ötən həftə ABŞ vı İsrailin İrana qarşı müharibəsini "təhlükəli və qanunsuz" adlandırmışdı. Rəsmi Madrid həmçinin ABŞ təyyarələrinin İspaniyanın cənubundakı hərbi bazalardan İrana qarşı əməliyyatlar üçün istifadəsini qadağan etmişdi.

ABŞ Prezidenti Donald Tramp isə 3 mart tarixində Madridə qarşı tammiqyaslı ticarət embarqosu tətbiq etməklə hədələmişdi.

ŞƏRH YAZ
0