Gürcüstanda torpaq sürüşməsi: 5 ev uçub, 38 ailə təxliyə edilib
12.03.2026 11:00
488
Siyasət
A
Gürcüstanda torpaq sürüşməsi: 5 ev uçub, 38 ailə təxliyə edilib

Tkibuli bələdiyyəsinin Kurseb kəndi ərazisində baş verən torpaq sürüşməsi nəticəsində 5 yaşayış evi uçub, 38 ailə isə təhlükəsizlik məqsədilə təxliyə edilib.

Aktual.ge xəbər verir ki, bu barədə Tkibuli Meriyası məlumat yayıb.

Bildirilib ki, sürüşmə prosesləri kəndin Berodzeebi və Qoqolaşvili məhəllələrində qeydə alınıb. Hadisə nəticəsində ölən və ya xəsarət alan yoxdur.

Məlumata görə, zərər çəkmiş ailələrin yerləşdirilməsi üçün bələdiyyə tərəfindən hotellərdə müvəqqəti yaşayış təmin edilir.

Yerli və regional hakimiyyət nümayəndələri hadisə yerinə gəliblər.

Bələdiyyə mövcud vəziyyətlə bağlı vətəndaşlar üçün qaynar xətt də yaradıb.

ŞƏRH YAZ
7