Bu gün Gürcüstanda radikal müxalifət deyil, radikal Brüssel var
12.03.2026 12:39
209
Siyasət
A
Bu gün Gürcüstanda radikal müxalifət deyil, radikal Brüssel var

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, hazırda ölkədə radikal müxalifət yox, “radikal Brüssel” mövcuddur.

AKtual.ge xəbər verir ki, o, jurnalistlərə açıqlamasında iddia edib ki, Avropa İttifaqının məqsədi Gürcüstanda zorakılığı, radikalizmi, ekstremizmi, dezinformasiyanı və təbliğatı təşviq etməkdir.

Papuaşvilinin sözlərinə görə, radikal qrupların, təbliğatçıların və zorakı təşkilatların arxasında Avropa maliyyəsi dayanır.

Parlament sədri qeyd edib ki, ATƏT nümayəndə heyətinin Gürcüstana səfəri zamanı iki əsas mesaj səsləndirilib: dövlət institutlarının zorla devrilməsi və seçkilərin, eləcə də parlamentin boykot edilməsi pislənilib.

Papuaşvili Avropa İttifaqının səfirinə müraciət edərək bildirib ki, bu mövzuda açıq mövqe bildirmək çətin olmamalıdır.

“ATƏT nümayəndə heyətinin iki əsas mesajı oldu: birincisi – dövlət institutlarının zorla devrilməsi pisləndi, ikincisi isə seçkilərin və parlamentin boykotu pisləndi. Bunun üçün cəmi iki cümlə kifayət etdi. Mən Avropa İttifaqının səfirindən soruşmaq istəyirəm – bu qədər çətindirmi? Çətindirmi demək ki, prezident sarayına hücum etmək olmaz? Niyə cənab Herçinski üçün bu sadə sözləri demək çətindir?” – deyə o bildirib.

Papuaşvili əlavə edib ki, onun fikrincə, Avropa strukturları Gürcüstanda radikalizmə legitimlik verir və ölkədə zorakı ssenarilərin həyata keçirilməsinə çalışırlar. Onun sözlərinə görə, hakimiyyətin kənardan dəyişdirilməsi cəhdləri uğursuzluğa məhkumdur.

ŞƏRH YAZ
5