İmamquliyevdən müzakirələrə səbəb olacaq iddia: Kənan Ömərov və Amiran Giorqadze DTX-da dindirilib
13.03.2026 01:59
1173
Siyasət
A
İmamquliyevdən müzakirələrə səbəb olacaq iddia: Kənan Ömərov və Amiran Giorqadze DTX-da dindirilib

Marneuli bələdiyyəsinin sabiq meri Kənan Ömərov və Bələdiyyə Məclisinin sədri Amiran Giorqadze Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Antikorrupsiya Agentliyində dindirilib. 

​Aktual.ge xəbər verir ki, bu iddia ilə müxalif siyasətçi Əhməd İmamquliyev sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, məlumat qeyri-rəsmidir.

​"Əldə etdiyimiz qeyri-rəsmi məlumata əsasən, DTX-nın Antikorrupsiya Agentliyi, Rima Otaraşvilini dələduzluq ittihamı ilə saxladığını bildirdiktən sonra, Marneuli bələdiyyəsinin keçmiş meri Kənan Ömərov və Bələdiyyə Məclisinin sədri Amiran Giorqadze Antikorrupsiya Agentliyində dindiriliblər" - deyə Əhməd İmamquliyev qeyd edib.

ŞƏRH YAZ
0