Bu gün pravoslav xristiyan dünyası Qırmızı Gününü (Böyük Cümə) qeyd edir.
Aktual.ge məlumat verir ki, pravoslav xristiyan dünyasına görə bu gün ibadətlər İsa Məsihin çarmıxa çəkilməsi, çarmıxdan endirilməsi və dəfn olunmasını yad edir.
Böyük Cümə Böyük Orucun ən ağır günüdür. Bu gün məbədlərdə liturgiya icra olunmur, çünki İncilə görə, insanların günahlarından xilas olunması üçün İsa Məsih özünü qurban verdi.
Böyük Cümə axşam ibadəti İsa Məsihin çarmıxdan endirilməsi və dəfn olunmasına həsr olunur və adətən saat 14:00-da keçirilir. Çünki Bibliya mətnlərinə görə, İsa Məsih məhz bu saatda çarmıxda vəfat etmişdir. İbadət başlamazdan əvvəl məbədin ortasında çiçəklərlə bəzədilmiş yüksəldilmiş bir yer – “qəbir” hazırlanır. Qurbangahda isə xüsusi şəkildə təsvir edilmiş böyük parça (kəfən) qoyulur; onun üzərində məzara qoyulmuş Xilaskarın təsviri olur.
Çarmıxdan endirmə mərasimi ilahilərlərlə icra olunur və bu ilahilər İsa Məsihin əzablarını və çarmıxa çəkilməsini təsvir edir. Bundan sonra ruhani şəxslər və ibadət edənlər həmin kəfənin qarşısında dərin səcdə edir və onu öpürlər.
Kəfən məbədin ortasında təxminən üç gün qalır. Bu, Xilaskarın dirilmədən əvvəl üç gün qəbirdə qalmasının simvoludur.
Pravoslav xristiyanlarına görə Böyük Cümə ilin ən sərt oruc günüdür.