Müəllimlər eyni vaxtda üç fəndən imtahan verə biləcəklər | YENİ QAYDA
17.04.2026 13:19
804
Mədəniyyət
A
Müəllimlər eyni vaxtda üç fəndən imtahan verə biləcəklər | YENİ QAYDA

Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi müəllimlər və müəllim olmaq istəyənlər üçün yeni imkan yaradır - 2026-cı ildən etibarən onlar eyni vaxtda maksimum üç fənn üzrə imtahana qeydiyyatdan keçə və imtahan verə biləcəklər.

Aktual.ge xəbər verir ki, bununla bağlı Nazirlik məlumat verib.

Qurumun məlumatına görə, bu yenilik həm fənn kompetensiya imtahanlarına, həm də baş xüsusi müəllim və baza peşə bacarıqları testinə aiddir. Bu isə namizədlərə peşəkar inkişaf üçün daha çevik və effektiv yol təqdim edir.

“Qərar müəllimin fənn üzrə səriştəsinin sistemli şəkildə gücləndirilməsinə xidmət edir. Nəticədə fənn kompetensiyasının təsdiqlənməsi tədris standartlarının yüksəldilməsini təmin edir və ədalətli, keyfiyyət yönümlü təhsil mühiti yaradır. Müəllimlər və müəllim olmaq istəyənlər 20 aprel saat 10:00-dan 6 may saat 18:00-dək Qiymətləndirmə və İmtahanların Milli Mərkəzinin saytında — online.naec.ge elektron qaydada qeydiyyatdan keçə bilərlər.

Namizədlər nəzərə almalıdırlar ki, eyni məzmunlu test tapşırıqları olan fənləri seçə bilməyəcəklər (o cümlədən, əgər fənnin test tapşırıqları xarici dilə tərcümə olunubsa)”, - məlumatda qeyd olunub.

ŞƏRH YAZ
4