Kateqoriyalar
Marneulidə gecə saatlarında Böyük Muğanlı kəndində bıçaqlanma hadisəsi baş verib.
Aktual.ge-nin məlumatına görə, təxminən 25 yaşlı gənc 40 yaşdan aşağı olan kişiyə bir neçə dəfə ağır bıçaq xəsarətləri yetirib.
İlkin məlumata əsasən, tərəflər arasında əvvəlcə mübahisə yaranıb, daha sonra orta yaşlı kişi bıçaqlanıb.
Bıçaq xəsarətləri almış kişi yaralı vəziyyətdə kənddəki təcili tibbi yardım xidmətinin qarşısına gətirilərək orada qoyulub.
Hadisənin digər təfərrüatları bu mərhələdə məlum deyil.
Aktual.ge hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışır.