Marneulidəki qanlı hadisə ilə bağlı DİN-dən AÇIQLAMA
20.04.2026 13:24
876
Kriminal
A
Marneulidəki qanlı hadisə ilə bağlı DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyinin (DİN) Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə 2001-ci il təvəllüdlü A.İ.-ni saxlayıblar.

Aktual.ge xəbər verir ki, bu barədə DİN məlumat verib.

"İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Marneuli bələdiyyəsində mübahisə zamanı soyuq silahdan istifadə edərək həmkəndlisi - 1998-ci il təvəllüdlü İ.K.-ya bədən xəsarətləri yetirib və hadisə yerindən qaçıb.

Yaralı oğlan müvafiq tibbi yardım göstərilməsi məqsədilə xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində A.İ. hadisədən qısa müddət sonra təqsirləndirilən şəxs qismində saxlanılıb.

İstintaq Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə aparılır ki, bu da 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur" , - qeyd olunub.

Qeyd edək ki, hadisə 20 aprel gecə gec saatlarında Marneuli bələdiyyəsinin Böyük Muğanlı kəndində baş verib.

ŞƏRH YAZ
6