SON DƏQİQƏ! Qardabani və Batumidə İŞİD ilə əlaqəli iki nəfər xüsusi əməliyyatla saxlanılıb - VİDEO
20.04.2026 14:38
638
Siyasət
A
SON DƏQİQƏ! Qardabani və Batumidə İŞİD ilə əlaqəli iki nəfər xüsusi əməliyyatla saxlanılıb - VİDEO

Son dəqiqə xəbəri: Gürcüstan Dövlət Təhlükəsizliyi (DTX) Xidmətinin Antiterror Mərkəzi və Xüsusi Əməliyyatlar Departamentinin Qardabani bələdiyyəsi və Acara regionunda birgə keçirdiyi xüsusi əməliyyat çərçivəsində Batumi şəhərində bir xarici ölkə və bir Gürcüstan vətəndaşı saxlanılıb.

Aktual.ge xəbər verir ki, bu barədə DTX-da keçirilən brifinqdə qurumun rəhbərinin birinci müavini Laşa Mağradze bildirib.

Onun sözlərinə görə, Antiterror Mərkəzi həmin şəxslər barədə əvvəlcədən məlumatlı idi. 

“Eyni zamanda onların Gürcüstana daxil olması və gəlmə məqsədləri barədə də əvvəlcədən məlumatımız var idi. Onlar ölkəyə ayrı-ayrılıqda gəlib icarəyə götürülmüş mənzildə yerləşmişdilər. Gəldikləri ilk gündən etibarən hər iki şəxs məhkəmə qərarları əsasında həyata keçirilən əməliyyat nəzarəti altında idi.

İstintaqla müəyyən edilib ki, həmin şəxslər terror təşkilatı ‘İslam Dövləti’ (İŞİD) sıralarına qoşulublar, sədaqət andı (yəni 'bəyət') veriblər və bunu video fayl şəklində qeyd edərək təşkilat rəhbərlərinə göndəriblər, bununla da onlara qeyd-şərtsiz itaət etdiklərini bildiriblər. Onlar İŞİD rəhbərlərinin istənilən tapşırığını yerinə yetirməyə hazır idilər. Həmçinin müəyyən olunub ki, saxlanılanlar Gürcüstandan başqa ölkəyə getməyi və orada İŞİD döyüşçülərinə qoşulmağı planlaşdırırdılar.

İstintaq hərəkətləri zamanı elektron məlumat daşıyıcı qurğular, qeydiyyatsız SIM kartlar, mobil telefonlar, İŞİD terror təşkilatının simvollarını əks etdirən əşyalar, maskalar, şəxsi sənədlər və iş üçün əhəmiyyət kəsb edən digər sübutlar götürülüb.

Bu faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 328-ci maddəsi ilə aparılır. Bu maddə xarici ölkənin terror təşkilatına qoşulma və terror fəaliyyətinə yardım etməyi nəzərdə tutur. Cinayət 10 ildən 17 ilədək azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır.

Dövlət Təhlükəsizliyi Xidməti terrorizmlə mübarizənin beynəlxalq sistemində etibarlı tərəfdaşdır. Biz beynəlxalq terrorizmlə bağlı preventiv tədbirləri fəal şəkildə davam etdiririk”,- deyə Laşa Mağradze qeyd edib.

ŞƏRH YAZ
1