20.04.2026 15:42
910
Siyasət
A
"Sahibə Qafarovanın adı tarixə qızıl hərflərlə yazıldı" | Savalan Mirzəyev

"Azərbaycan Respublikasının Milli Məclisinin sədri xanım Sahibə Qafarovanın adı, Gürcüstan Parlamentinin yeni təsis etdiyi fəxri medalla təltif olunan ilk şəxs kimi, tarixə qızıl hərflərlə yazıldı".

Aktual.ge xəbər verir ki, bu sözləri Parlamentin deputatı Savalan Mirzəyev sosial şəbəkə hesabında yazıb. 

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Gürcüstan Parlamentinin yeni təsis etdiyi fəxri medala ilk layiq görülməsinə münasibət bildirən Savalan Mirzəyev qeyd edib:

"Sahibə xanımın ölkələrimiz arasında qanunverici orqanlararası münasibətlərin dərinləşməsinə verdiyi xüsusi töhfə danılmazdır. Onun sədrliyi dövründə Gürcüstan Parlamenti ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əlaqələr bütün səviyyələrdə əhəmiyyətli dərəcədə fəallaşıb, eyni zamanda bir sıra uğurlu yüksək səviyyəli səfərlər həyata keçirilib.

Qeyd etmək istərdim ki, son 15 ildə Gürcüstan və Azərbaycan parlamentariləri heç vaxt indiki qədər sıx əlaqədə olmayıblar ki, bu da təbii olaraq çox sevindiricidir.

Mən ötən il Azərbaycan Parlamentinin 106-cı ildönümü münasibətilə Milli Məclisdə çıxışımda da vurğuladığım kimi, həm parlament sədrləri, həm də dostluq qrupları arasında əlaqələr yüksək səviyyədədir və biz bu müsbət tendensiyanı davam etdirmək niyyətindəyik.

Bu gün də həmin əlaqələrin bu səpkidə uğurla davam etməsi həm sevindirici, həm də qürurvericidir.

Mən öz adımdan və Gürcüstan Parlamenti adından bir daha Sahibə xanım Qafarovanı ürəkdən təbrik edirəm!".

 Savalan Mirzoev:
ŞƏRH YAZ
8