Parlament 4 partiyanın bağlanması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət ediləcək
20.04.2026 16:12
216
Siyasət
A
Parlament 4 partiyanın bağlanması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət ediləcək

Hakim "Gürcü Arzusu" partiyası Konstitusiya Məhkəməsinə 4 partiyanın bağlanması ilə bağlı müraciət edəcək.

Aktual.ge xəbər verir ki, bundan əvvəl hakim partiya "Vahid Milli Hərəkat", "Dəyişiklik Koalisiyası" və "Lelo" partiyalarının bağlanması ilə bağlı müraciət etmişdisə, indi bu siyahıya "Federalistlər" partiyası da daxil ediləcək.

"Gürcü Arzusu" partiyası əvvəlki müraciəti yeniləyərək bir daha Konstitusiya Məhkəməsinə müraciət edəcək.

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, bir sıra siyasi qüvvələr ümumi strateji məqsədlər ətrafında birləşib və onların fəaliyyətində konstitusiyaya zidd məqamlar mövcuddur. O bildirib ki, məhkəməyə müraciət zamanı partiyaların məqsədləri ilə yanaşı, onların siyasi təsir imkanları da nəzərə alınır.

Spiker həmçinin qeyd edib ki, sözügedən siyasi alyansın liderləri sırasında Mixail Saakaşvili, Qiqa Bokeriya və Nika Qvaramiya yer alır.

ŞƏRH YAZ
5