Seçkilərin ikinci turunda seçici fəallığı necə faiz təşkil edib? - ŞOK GÖSTƏRİCİ
21.11.2020 22:17
843
Siyasət
A
Seçkilərin ikinci turunda seçici fəallığı necə faiz təşkil edib? - ŞOK GÖSTƏRİCİ
2020-ci il parlament seçkilərinin ikinci turunda seçici fəallığı 26,29% təşkil edib. Aktual.ge xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) səlahiyyətli nümayəndəsi Natia İoseliani seçki gününün yekunlaşması ilə əlaqədar keçirdiyi brifinq zamanı məlumat verib. Onun sözlərinə görə, səsvermə prosesi sakit keçib və saat 20:00-da bütün seçki məntəqələri bağlanıb. Gün ərzində 562 664 seçici səs vermək məqsədi ilə seçki məntəqələrinə gedib. Ən yüksək aktivlik 39,29 %-lə Acarıstan bölgəsində qeydə alınıb, ən aşağı göstərici isə - Nadzaladevidə - 20,04%-dir. O deyib ki, bölgələrə görə seçici fəallığına gəlincə aşağıdakı kimi olub: Acarıstan - 30,3%, Tbilisi - 21,9%, İmereti - 27,6%, Kaxeti - 33,7%, Mçxeta-Mtianeti - 32,5%, Sameqrelo-Zemo Svaneti - 28,6%, Kvemo Kartli - 29,2%, Şida Kartli -33.2%. Məlumat üçün bildirək ki, ikinci turda səs verən seçicilərin ümumi sayı 2 milyon 140 min 210 nəfər təşkil edib. Ölkə daxilində 17 majoritar seçki dairəsində və istisna hallarda yaradılmış 9 xüsusi məntəqədə ümumilikdə 1 914 seçki məntəqəsi açılıb. Seçicilərin stasionar müəssisələrdə və təcrid olunmuş seçicilərin də səsvermə prosesində iştirakına gəlincə, konstitusiya hüquqlarını təmin etmək üçün 80 xüsusi məntəqədə yaradılan 145 səyyar seçki qutusu gün ərzində 4 095 seçiciyə özünü təcrid və karantin şəraitində xidmət edib. Qeyd edək ki, seçkilərin I mərhələsi oktyabrın 31-də keçirilib. Gürcüstan müxalifəti seçkilərin nəticələrini tanımadığından II turda iştirak etməyib.
ŞƏRH YAZ
17