Batumidə "Utanc" dəhlizi quruldu
"Alternativ" təşkilatının üzvləri Batumi N79 Seçki Komissiyasının yaxınlığında "Utanc" dəhlizi quruldu.
Aktual.ge "AdjaraTv"ə istinadən xəbər verir ki, nümayişçilər "kölə", "saxtakar", "utan" şüarları səsləndirirlər.
Sözügedən təşkilatın üzvləri nümayişi seçkilərin ikinci turuna etiraz əlaməti olaraq təşkil ediblər.
Məlumata görə, patrul polisi hadisə yerinə səfərbər olunub.