Kateqoriyalar
Marneuli–Bolnisi magistralının Kolayır (Tsurtavi) kəndində yüksək sürətlə hərəkət edən avtomobil 10 yaşlı uşağı vuraraq öldürüb.
Aktual.ge-nin məlumatına görə, hadisə bu gün təxminən saat 18:30 radələrində baş verib.
İlkin məlumata əsasən, yol kənarında dayanan azyaşlını sürücü yüksək sürətlə hərəkət edərkən idarəetməni itirərək vurub.
Hadisənin digər təfərrüatları bu mərhələdə məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.