Kateqoriyalar
Prokurorluq 2024-cü il aksiyaları çərçivəsində etirazçı Zviad Maisaşviliyə, siyasətçi Levan Xabeişviliyə və jurnalist Quram Roqavaya qarşı törədilmiş zorakılıq faktı ilə bağlı 5 nəfəri, o cümlədən 3 keçmiş və 1 fəaliyyətdə olan xüsusi təyinatlını saxlayıb.
Aktual.ge xəbər verir ki, müvafiq açıqlamanı Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze qurumda keçirilən brifinqdə verib.
Baş prokurorun izahına görə, həmin 5 nəfərdən ikisi müxtəlif cinayət işləri üzrə aparılan istintaq çərçivəsində artıq həbsdədir.