Gürcüstana külli miqdarda narkotik gətirən Türkiyə vətəndaşı saxlanılıb - VİDEO
11.05.2026 11:24
411
Kriminal
A
Gürcüstana külli miqdarda narkotik gətirən Türkiyə vətəndaşı saxlanılıb - VİDEO

Türkiyə Respublikasının vətəndaşı külli miqdarda və xüsusilə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanılması və Gürcüstana gətirilməsi ittihamı ilə saxlanılıb.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi (DİN) yayıb.

Qurumun məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları "Sarp" gömrük-keçid məntəqəsinin ərazisində təqsirləndirilən şəxsin üzərinə baxış keçirərkən külli miqdarda müxtəlif növ narkotik vasitələr aşkar edərək götürüblər.

"Daxili İşlər Nazirliyinin Mərkəzi Krimnal Polis Departamentinin Acariya Baş İdarəsinin və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları, külli miqdarda və xüsusilə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanılması və Gürcüstana gətirilməsi ittihamı ilə Türkiyə Respublikasının vətəndaşını saxlayıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları 'Sarpi' gömrük-keçid məntəqəsinin ərazisində, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı külli miqdarda və xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitələri, o cümlədən: 'Preqabalin' və 'kokain' maddi sübut kimi götürüblər.

İstintaq Cinayət Məcəlləsinin 260, 261, 262 və 263-cü maddələri ilə aparılır ki, bu da 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur" , - məlumatda deyilir.

ŞƏRH YAZ
0