Cərimələr azaldıla bilər
Bugün
575
Maraqlı
A
Cərimələr azaldıla bilər

Yol hərəkəti qaydalarının pozulması ilə bağlı cərimələrin azaldılması məsələsinə baxıla bilər.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Hökumət Administrasiyasında keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, son 1 ilin məlumatlarına əsasən, artırılmış cərimələr ilə yol hərəkəti qaydalarının pozulması statistikası arasında birbaşa əlaqə yoxdur.

"Biz daim statistikaya və cərimələrin artırılmasının statistikanın yaxşılaşdırılmasına necə təsir etdiyinə nəzarət edirik. Keçən ilin məlumatlarını müşahidə etdik və gördük ki, təəssüf ki, artırılmış cərimələr ilə azalmış statistika arasında birbaşa korrelyasiya yoxdur.

Buna əsaslanaraq və cərimələrin əhali üçün yük olduğunu nəzərə alaraq, parlamentlə birlikdə cərimələrin azaldılması variantını nəzərdən keçirə bilərik", - deyə İrakli Kobaxidze bildirib.

ŞƏRH YAZ
3