Kateqoriyalar
Marneuli bələdiyyəsinin Qızılhacılı kəndi və 26 May küçəsinin bir hissəsini qazla təchiz edən 'Mamed Gaz' şirkəti, bu gün saat 11:00-dan etibarən qaz təchizatının dayandırıldığını abonentlərinə SMS vasitəsilə bildirib.
Aktual.ge xəbər verir ki, abonentlərə göndərilən SMS-də deyilir:
"Təbii qazın qiymətinin artırılması ilə razılaşmadığım üçün SOCAR-Export şirkəti 09.06.2026-cı il saat 11:00-dan etibarən qaz təchizatımı dayandırıb".
Aktual.ge xəbər portalı məsələ ilə bağlı həm "Mamed Gaz" həm də SEMEK ilə əlaqə saxlamağa çalışır.