SON DƏQİQƏ! Qızılhacılıda təbii qazın olmaması ilə bağlı
Bugün
1039
Siyasət
A
SON DƏQİQƏ! Qızılhacılıda təbii qazın olmaması ilə bağlı "Mamed Gas"dan AÇIQLAMA VERİLDİ

Bu gün, 9 iyun səhər saatlarından bəri Marneuli bələdiyyəsinin Qızılhacılı kəndi və 26 May küçəsinin bir hissəsində təbii qazın kəsilməsi ilə bağlı "Mamed Gas"ın rəhbəri Nəriman Allahverdiyev açıqlama verib.

O, Aktual.ge xəbər portalına müsahibəsində bildirib ki, təbii qaz SOCAR tərəfindən dayandırılıb.

Nəriman Allahverdiyevin açıqlamasını olduğu kimi təqdim edirik:

“Təbii qazın verilişi SOCAR tərəfindən dayandırılıb. Müqavilədə nəzərdə tutulan qiymətdən əlavə məbləğ hesablanıb. Mən isə müqavilədə göstərilən qiymət üzrə ödənişi etmişəm. Yanvar ayından bəri isə əlavə məbləğlər yazılır və bu məbləğ təxminən 650 min təşkil edir. Mən isə bütün bu baş verənlərlə bağlı məhkəməyə müraciət etmişəm, məhkəmə hələ qərar vermədən bunlar qazı dayandırıblar. 

Müqavilədə 1000 kubmetr qazın qiyməti 250 lari olaraq göstərilib və mən də ödənişləri bu tarif əsasında həyata keçirirəm. Lakin iki dəfə şirkət tərəfindən müqavilədən kənar olaraq 50 lari və daha 50 lari əlavə artım tətbiq edilib və nəticədə 1000 kubmetr qaz 350 lari ilə hesablanır. Mən isə müqavilədə göstərilən 250 lari üzrə ödəniş edirəm və əlavə məbləği qəbul etmirəm. Bu məsələ ilə bağlı məhkəməyə müraciət etmişəm, lakin hələlik cavab verilməyib. Buna baxmayaraq, qaz təchizatı dayandırılıb.

Mənə 350 laridən faktura göndərilir, mən bunu qəbul etmirəm. Xalq gərək bu məsələyə reaksiya verə, bunlar qiyməti artıranda gərək mən də qiyməti artıram. Qazın qiymətini artırmağa və əhalinin qazını dayandırmağa ixtiyarları yoxdur. Təbii qaz biz tərəfdən dayandırılmayıb, SOCAR SEMEK-ə müraciət edib, onlar da dayandırıblar".

ŞƏRH YAZ
1