Kateqoriyalar
Marneuli bələdiyyəsinin Candar qəsəbəsində 9 iyun günün ikinci yarısında elektrik transformatoru partlayıb.
Aktual.ge-nin xəbərinə görə, partlayışdan sonra kabellərin yanması nəticəsində yaşayış məntəqəsinin böyük hissəsi işıqsız qalıb. Sakinlərin sözlərinə görə, hadisədən əvvəl bir neçə dəfə qısaqapanma baş verib.
Yerli sakinlərin dediyinə görə, məhz bu qısaqapanmalar nəticəsində bəzi məişət texnikaları sıradan çıxıb.