Kateqoriyalar
Marneuli şəhərinin Rustaveli küçəsində qətl hadisəsi baş verib.
Aktual.ge-nin verdiyi xəbərə görə, 30 yaşın altında olan gənc mübahisə zəminində atasını qətlə yetirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Bu mərhələdə hadisənin digər təfərrüatları məlum deyil.
Aktual.ge məsələ ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamağa çalışır.