06.08.2026 13:59
240
Maraqlı
A
"SOCAR Georgia Gas" Qızılhacılı abonentləri üçün qeydiyyat müddətini 8 avqusta qədər uzadıb

Marneuli bələdiyyəsinin Qızılhacılı sakinləri üçün “SOCAR Georgia Gas”ın abonenti kimi qeydiyyatdan keçmək üçün son tarix 8 avqusta qədər uzadılıb.

Bu barədə Aktual.ge xəbər portalına  “SOCAR Georgia Gas”ın mətbuat xidmətindən məlumat verilib.

"Qeydiyyatdan keçmək Marneuli xidmət mərkəzində (ünvan: Marneuli şəhəri, Yağluca küçəsi 23) və ya kənd icra nümayəndəliyinin binasında mümkündür.

Zəhmət olmasa aşağıdakı məlumatları təqdim edin:

  • - Şəxsiyyət vəsiqəsi;
  • - Yaşayış ünvanı;
  • - Telefon nömrəsi;
  • - Qaz sayğacının fotosu.

Məlumatları həmçinin aşağıdakı vasitələrlə göndərə bilərsiniz:

Şirkətin rəsmi elektron poçt ünvanına: [email protected]

'WhatsApp' və 'Viber' vasitəsilə: 577 33 03 46

Əlavə suallarınız olarsa, qaynar xəttə – 16114 nömrəsinə müraciət edə bilərsiniz.

Xahiş olunur, nəzərə alasınız!
Əgər 'SOCAR Georgia Gas' abonenti kimi qeydiyyatdan keçməsəniz, 10 avqust tarixindən etibarən təbii qazın verilişi dayandırılacaq" , - məlumatda deyilir.

ŞƏRH YAZ
2