Çörək unu bahalaşıb
26.11.2020 13:08
521
İqtisadiyyat
A
Çörək unu bahalaşıb
Gürcüstanda çörək unu bahalaşıb. Aktual.ge “BusinessPressNews"-a istinadən xəbər verir ki, bu barədə Tbilisidə fəaliyyət göstərən kiçik çörəkbişirmə müəssisələrindən məlumat verilib. Məlumata əsasən, bugün un anbarlarına gələn şəxslər artmış qiymətlərlə qarşılaşıblar. "İndiyə kimi birinci dərəcəli unu 56-57 lariyə alırdıq. Bugün un almağa getmişdik ki, unun artıq bahalaşdığını gördük. Bir torba "Alafi" unu 63 lari, "Karmen" isə, 61 lari olub. Yəqin, mən də çörəyimin qiymətini artırmalı olacağam. Dəyirmanlarda bir torba un 2-3 lari ucuza başa gəlir, ancaq ordan yalnız böyük həcmdə un almaq olur, mənim müəssisəm isə o qədər böyük deyil ki, unu birbaşa dəyirmandan alım", – deyə çörəkbişirmə müəssisələrindən birindən məlumat verilib.
ŞƏRH YAZ
7