Qrip mövsümü başlamadan ölkədə virus yayıldı: Professordan AÇIQLAMA
23.09.2026 15:00
350
Sağlamlıq
A
Qrip mövsümü başlamadan ölkədə virus yayıldı: Professordan AÇIQLAMA

Sentyabrın sonunda iki virus xüsusi diqqət çəkir: qrip virusu və koronavirus, qrip hallarının belə erkən dövrdə ortaya çıxması qeyri-adi haldır.

Aktual.ge xəbər verir ki, bu barədə İaşvili adına Uşaq Mərkəzi Xəstəxanasının tibbi direktoru, professor İvane Çxaidze bildirib.

Onun sözlərinə görə, sentyabrın ikinci həftəsində ilkin səhiyyə müəssisələrinə müraciətlərin sayı artıb. Lakin qrip hallarının erkən ortaya çıxması stasionar və ilkin səhiyyə xidmətlərinə əlavə yük yaratmayıb.

"Xəstəliklərə Nəzarət Milli Mərkəzinin statistikasına əsasən, sentyabrın ikinci həftəsində iyun-avqust aylarından sonra qrip virusunun çox erkən ortaya çıxdığı görünür. Məlumatlara görə, hazırda dominant virus rinovirusdur - soyuqdəyməyə səbəb olan virus. Adətən proses belə gedir: qrip virusunun artımından əvvəl rinovirus aparıcı mövqedə olur.

Qeyd etmək lazımdır ki, laboratoriyada təsdiqlənmiş halların 69%-ni rinovirus təşkil edir. Daha sonra koronavirus gəlir. Qalan iki virus isə H1 və A tipli qrip virusudur. Onun hazırda yayılması gözlənilməzdir. Koronavirus da ortaya çıxıb və onun payı 13%-ə çatır. Bu, qrip mövsümünün başladığı anlamına gəlmir. Sentyabr-oktyabr aylarında ayrı-ayrı hallar olacaq. Qrip mövsümünün və yoluxma hallarının artmasının isə oktyabrın sonu - noyabrın əvvəlindən etibarən başlaması gözlənilir.

Bütün bu viruslarla ilkin səhiyyə xidməti səviyyəsində mübarizə aparılır. Buna görə də xəstəxanaya yerləşdirilmə göstəricisi artmayıb. Tənəffüs yollarının virus infeksiyaları səbəbilə xəstəxanaya yerləşdirilənlərin sayı çox azdır. Bununla belə, sentyabrın ikinci həftəsində ilkin səhiyyə müəssisələrinə müraciətlərin sayı nisbətən artıb.

Bu məntiqlidir: bunun səbəbi əhalinin tətillərdən və məzuniyyətlərdən qayıdaraq qapalı məkanlara dönməsidir. Tənəffüs yollarının virus infeksiyalarını nəzərə alsaq, əsas yük ilkin səhiyyə xidmətinin üzərinə düşür, xəstəxanalara müraciətlərin sayı isə azalıb“, - deyə İvane Çxaidze IPN-a bildirib.

Bununla yanaşı, o deyib ki, əvvəlki illərdən fərqli olaraq, bu il ölkəyə qripə qarşı üçkomponentli vaksin gətiriləcək. Vaksinasiya ilə bağlı ətraflı məlumatı isə Səhiyyə Nazirliyi açıqlayacaq.

ŞƏRH YAZ
3