Növbəti günlər üçün hava proqnozu açıqlanıb-Rəsmi
27.11.2020 12:37
442
Maraqlı
A
Növbəti günlər üçün hava proqnozu açıqlanıb-Rəsmi
28 noyabr - 6 dekabr tarixlərində Gürcüstanın qərbində isti və yağmursuz hava şəraitinin olacağı, arabir qərb küləyi əsəcəyi, 28 noyabrda bəzi yerlərdə güclü külək olacağı gözlənilir. Hava istiliyi +17, +19 dərəcəyə yüksələcək. Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyindən məlumat verilib. Noyabrın 28-də Gürcüstanın şərqində əsasən yağışlı hava şəraitinin olacağı, digər günlərdə bəzi ərazilərdə zəif yağış yağacağı gözlənilir. Alçaqlıqlarda havanın istiliyi gün ərzində +7, +12 dərəcə olacaq. 28 noyabrda Tbilisidə yağmursuz hava şəraiti hökm sürəcək, 29 noyabr - 2 dekabr tarixlərində zəif yağış yağacağı gözlənilir. Havanın temperaturu gün ərzində +8, +10 dərəcə olacaq.
ŞƏRH YAZ
0