Gürcüstan və Rusiya arasında hava əlaqələri bərpa olunur? - AÇIQLAMA
28.11.2020 17:13
707
Dünya
A
Gürcüstan və Rusiya arasında hava əlaqələri bərpa olunur? - AÇIQLAMA
Rusiya Federasiyası Xarici İşlər Nazirliyi (XİN), Rusiya Federasiyası Senatoru Qriqori Karasin ilə Gürcüstan Baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze arasında keçirilən videokonfrans görüşü barədə məlumat yayır. Aktual.ge xəbər verir ki, Rusiya XİN rəsmi saytında yayılan məlumata görə, görüş zamanı tərəflər iki ölkə arasında hava əlaqələrinin bərpası perspektivləri daxil olmaqla müxtəlif məsələləri müzakirə ediblər. Məlumatda deyilir: “Keçən ilin iyul ayında Gürcüstana hava sərnişindaşıma nəqliyyatına qoyulan müvəqqəti qadağanı nəzərə alaraq, iki ölkə arasında hava əlaqəsini bərpa etmək perspektivlərinə toxunublar. Bunun şərtləri hamıya məlumdur: Gürcüstanda anti-Rusiya təzahürlərinin sona çatması və Rusiya vətəndaşları üçün təhlükəsizlik təhdidlərinin itməsi. Bundan əlavə, hər iki ölkədə COVID-19 pandemiyasının səbəb olduğu sanitariya və epidemioloji vəziyyət normallaşdırmalıdır".
ŞƏRH YAZ
6