SON DƏQİQƏ! Füzulidə minik avtomobili minaya düşdü – 4 nəfər həlak oldu
28.11.2020 17:28
521
Dünya
A
SON DƏQİQƏ! Füzulidə minik avtomobili minaya düşdü – 4 nəfər həlak oldu
Bu gün Azərbaycanın işğaldan azad olunan Füzuli şəhərində minik avtomobili minaya düşüb. Aktual.ge xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, 28 noyabr saat 15:20-də Azərbaycan Respublikasının vətəndaşları Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firudin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızı Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndi ərazisində minik avtomobilləri ilə hərəkətdə olarkən ilkin ehtimala görə tank əleyhinə minaya düşmələri nəticəsində həlak olublar. Həlak olanlar arasında Adilzadə Zibeydə Şakir qızı (Zibeydə Şakir) Füzuli Rayon İcra Hakimiyyətinin mətbu orqanı olan “Qayıdış” qəzetinin baş redaktorudur. Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual tədbirlər yerinə yetirilib. Faktla bağlı prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib. Hazırda prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq tədbirləri həyata keçirilir.
ŞƏRH YAZ
9