David Bakradze parlamentin ilk toplanacağı gün müxalifət partiyalarının atacağı addımı açıqladı
28.11.2020 17:30
485
Siyasət
A
David Bakradze parlamentin ilk toplanacağı gün müxalifət partiyalarının atacağı addımı açıqladı
"10-cu çağırış Gürcüstan parlamentinin toplaşacağı gün müxalifət liderləri üç vacib sənədi imzalayacaqlar". Aktual.ge xəbər verir ki, bunu müxalif "Avropalı Gürcüstan" partiyasının lideri Davit Bakradze bildirib. Müxalif liderin sözlərinə görə, ilk sənəd bütün müxalifət spektri tərəfindən seçkilərin "saxtalaşdırıldığı" barədə bir açıqlama olacaq. O deyib ki, həmin sənəddə müxalifətin əsas tələbləri də yer alacaq. D.Bakradze deyib, imzalanacaq olan ikinci sənəd parlamentə getməkdən imtina edən konkret müxalifət partiyalarının siyasi liderlərinin açıqlamalarını nəzərdə tutur. Onun sözlərinə görə, üçüncü sənəd, heç bir partiyanın parlamentə girməyəcək millət vəkillərini öz nümayəndələri ilə əvəzləməyəcəyi barədə bir partiya ifadəsidir. "Bu gün əsas sual parlamentin ilk iclası ilə əlaqədar müxalifətin planlarının nədən ibarət olması idi. Ölkədəki çətin epidemioloji vəziyyəti nəzərə alaraq, bu mərhələdə Rustaveli prospektindəki ənənəvi irimiqyaslı aksiyalardan çəkinəcəyimizə qərar verdik, lakin Gürcüstanın "saxta seçkilər" nəticəsində tək partiyalı parlament aldığını bir daha göstərəcək rəmiz bir ifadəmiz olacaq. Buna görə müxalifət parlamentin ilk iclasına paralel olaraq toplanacaq və müxalifət liderləri üç fərqli sənədi imzalayacaq",-deyə D.Bakradze vurğulayıb.
ŞƏRH YAZ
3