Tbilisi meri Kaxa Kaladze abiturientlərə səslənir
08.07.2020 15:24
960
Mədəniyyət
A
Tbilisi meri Kaxa Kaladze abiturientlərə səslənir
Tbilisi meri Kaxa Kakadze bu il vahid milli imtahanlarda iştirak edəcək bütün abiturientlərə uğurlar arzu edib. Aktual.ge xəbər verir ki, paytaxt meri abituriyentlərə səslənərək, onları ölkənin gələcəyini yaradan insanlar adlandırıb. “Bütün abituriyentlərə müraciət etmək istəyirəm. Hansı peşəni seçsəniz bilin ki, siz ölkəmizin gələcəyini yaradan insanlarsınız. Seçiminiz yalnız sizin üçün deyil, həm də ölkəmiz üçün uğurlu olacağına inanıram. Nə ediriksə hər şey ölkəmizin gələcəyi üçün, uşaqlar üçün edilir. Ümumiyyətlə, ölkəmizin inkişafında və tərəqqisində gənclərin rolu çox böyükdür. Komandamız adından bütün abituriyentlərə uğurlar arzu edirəm",- deyə o bildirib.
ŞƏRH YAZ
0