Bu ərzaqlar bahalaşıb - STATİSTİKA
03.12.2020 11:14
374
İqtisadiyyat
A
Bu ərzaqlar bahalaşıb - STATİSTİKA
Bu ilin noyabr ayında Gürcüstanda istehlak qiymətləri indeksi oktyabr ayına nisbətən 100,9%, illik müqayisədə isə 103,8% təşkil edib. Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib. Ötən ay ölkədə ərzaq və spirtsiz içkilər 1,8%, tərəvəzlər 7,6%, süd, pendir və yumurta 4,7%, yağ 4,1%, qənd, cem, bal, şokolad və qənnadı məmulatları 1,4% bahalaşıb, meyvə isə 7,8% ucuzlaşıb. Son 1 ildə isə Gürcüstanda ərzaq və spirtsiz içkilər 6% bahalaşıb, sağlamlıq sahəsində xidmətlərin dəyəri 8,8% artıb, nəqliyyat sahəsində qiymətlər isə 5,2% azalıb.
ŞƏRH YAZ
10