Baş nazir vətəndaşlara sosial yardımla bağlı xəbərdarlıq etdi -
03.12.2020 11:45
1872
İqtisadiyyat
A
Baş nazir vətəndaşlara sosial yardımla bağlı xəbərdarlıq etdi - "Vaxtında müraciət edilməlidir"
“Artıq Maliyyə Nazirliyinə ilin sonunadək birdəfəlik ünvanlı sosial yardımın verilməsi tapşırılıb”. Aktual.ge xəbəre verir ki, bunu Baş nazir Giorgi Qaxaria hökumətin iclasından əvvəl keçirdiyi brifinqdə deyib. “Məhdudiyyətlər səbəbindən müvəqqəti işlərini itirən vətəndaşlar üçün birdəfəlik ünvanlı sosial yardım üçün müraciətlərin qeydiyyatına başlayırıq. Artıq Maliyyə Nazirliyinə bu köməyi ilin sonunadək təmin etməsi tapşırılıb. Vətəndaşlar bu köməyi almaq üçün vaxtında əlaqədar qurumlara müraciət etməlidirlər”,- deyə G.Qaxaria deyib. Qeyd edək ki, bu gündən ünvanlı sosial yardım qeydiyyatına proses başlayıb.
ŞƏRH YAZ
3