Gürcüstanda Azərbaycan vətəndaşı saxlanıldı
26.07.2020 09:56
381
Kriminal
A
Gürcüstanda Azərbaycan vətəndaşı saxlanıldı
Gürcüstana Azərbaycanla sərhəddəki “Qırmızı körpü” gömrük-keçid məntəqəsi vasitəsilə bəyan edilməmiş malların keçirilməsinin qarşısı alınıb. Aktual.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib. Azərbaycan vətəndaşının idarə etdiyi yük maşınına keçirilən baxış zamanı gömrük nəzarətindən gizlədilmiş 3 300 kiloqram çəkidə gümüş əşyalar aşkarlanıb. Məmulatların dəyəri 7 324,37 lari təşkil edib. Fakt üzrə materiallar araşdırılması üçün Maliyyə Nazirliyinin İstinaq Xidmətinə təqdim olunub.
ŞƏRH YAZ
0