Marneuli rayon Sadaxlı kəndində etnik erməni ilə azərbaycanlı arasında qarşıdurma baş verib - İSTİNTAQ BAŞLAYIB
26.07.2020 17:51
3225
Kriminal
A
Marneuli rayon Sadaxlı kəndində etnik erməni ilə azərbaycanlı arasında qarşıdurma baş verib - İSTİNTAQ BAŞLAYIB
Marneuli rayonunun Sadaxlı kəndində yerli etnik erməni və etnik azərbaycanlı arasında fiziki qarşıdurma baş verib. Bu barədə Aktual.ge xəbər portalına Şaumiyan kəndindən olan 2 nəfər etnik erməninin təhqirinə məruz qalan Sərxan Nəcəbov söyləyib. S.Nəcəbov hadisəni belə anladıb: "Sadaxlı ərazi birliyinin Təzəkənd kəndindən Ford avtomobili ilə qayıdırdıq. Avtomobildə 3 nəfər idik. 'Zafira' Ermənistan dövlət nişanlı birdən avtomobili mənim qabağıma sürdü. Mən yavaşladım və qabaqlayıcı hərəkət həyata keçirdim getdim. Sonra bu gəldi siqnallayaraq qabaqlayıcı hərəkət həyata keçirdi özüdə mənə əl işarətiylə söyüşlər söydü, orta barmağını göstərdi. Gəldim bunu Sadaxlının mərkəzində saxlatdım və o gəldi məni itələdi məndə onu vurdum: Biz indi burada yığışmışıq və kəndin deputatı da buradadır. Onlar artıq-əskik söyüş ediblər bizə qarşı, Sadaxlıya qarşı. Axalkalakidən və Şaumiyandan erməniləri yığarıq belə edərik, elə edərik. Təhqir kimi sözlər ifadə ediblər". Hadisə ilə əlaqədar Sadaxlı kəndinin deputatı Rövşən İskəndorov Aktual.ge-yə müsahibəsində belə bir hadisənin baş verdiyini təsdiqləyib. Onun sözlərinə görə məsələ ilə əlaqədar hazırda istintaq başlayıb: "Biz istintaqdan sonra hadisənin nə ilə əlaqədar baş verdiyini biləcik".
ŞƏRH YAZ
7