Sadaxlıda baş vermiş hadisədən gəlişmələr var - Bir polis əməkdaşı işdən çıxarılıb (FOTO)
26.07.2020 22:59
3425
Hadisə
A
Sadaxlıda baş vermiş hadisədən gəlişmələr var - Bir polis əməkdaşı işdən çıxarılıb (FOTO)
Bu gün Marneuli rayonunun Sadaxlı kəndində etnik erməni və azərbaycanlı arasında fiziki qarşıdurma baş verib. Bu barədə Aktual.ge xəbər portalına Şaumyan kəndindən olan 2 nəfər erməninin təhqirinə məruz qalan Sərxan Nəcəbov bildirib. "Sadaxlı kəndinə qonşu olan Təzəkənd kəndindən 3 nəfər "Ford" markalı avtomobilim ilə Sadaxlı istiqamətində hərəkət edirdik. Ermənistan dövlət nişanlı "Opel Zafira" markalı avtomobil birdən mənim qabağıma sürdü. Mən sürətimi yavaşladaraq qabaqlayıcı hərəkət həyata keçirtdim. Sonra bu gəldi və siqnallayaraq qabaqlayıcı hərəkət həyata keçirdərək mənə əl işarətiylə söyüşlər söyüb orta barmağını göstərdi. Gəldim bunu Sadaxlının mərkəzində saxlatdım. Mənə tərəf gəldi və məni itələdi. Mənsə onu vurdum. Onlar bizə qarşı, Sadaxlıya qarşı artıq-əskik sözlər deyərək təhqir ediblər". Hadisə şahidlərinin sözlərinə görə, hadisədən sonra erməni əsilli gənc Marneuli rayonundakı polis bölməsinə aparılıb və o, hədə qorxu gələrək Axalkalakidən və Şaumyandan bir neçə adam çağıracağını və Sadaxlıda heç də xoş şeylərin olmayacağını deyib. Bundan əlavə hadisədə əsas rol oynayan erməni əsilli gənc Sadaxlı kəndində işləyən polis əməkdaşının oğlu olduğunu bildirilir və əldə edilən məlumata görə o, artıq vəzifədən kənarlaşdırılıb. Əldə olunan məlumata əsasən, hadisə ilə əlaqədar istintaq açılıb. Hazırda isə Sadaxlı kəndindəki polis şöbəsinin qarşısına bir qrup kənd sakinləri toplaşıb.
ŞƏRH YAZ
9